Gələrmi, gəlməzmi?
Yad edib o məni,Gələrmi, gəlməzmi?Qəlbimdən keçəniBilərmi,bilməzmi?
Baxışı səmimi,Kipriyi sinəmiBir zərif ox kimi,Dələrmi, dəlməzmi?
Mən susmaz bir səsəm,Yel olub tələssəm,"Sevirəm" söyləsəm,Gülərmi, gülməzmi?
Mənimlə dərdimiBölərmi, bölməzmi?Gözdə yaş gördümü,Silərmi, silməzmi?Gələrmi,Gəlməzmi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-gelermi-gelmezmi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə Züleyxa
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
QəfilBir haray yuxuma güllə boşaltdı,Bir duyğu səsiymiş oyadan məni, –