Tayfanın başçısı baxır kənardan,Dağlarda əks edən gur haraylardır.Əjdaha ağızlı mağaralar daSanki ilahidən daş saraylardır.Bu nədir, hardayam, mən nə gündəyəm?Yuxuda bildim ki, daş dövründəyəm.

Daş həm bıçaq idi, həm də ki xəncər,Daşla elə gözəl baş kəsirdilər.

Qonşu mağaralar, qonşu tayfalar,Cumub bir-birinə tez hayıf olar.

Kiminin toyuydu, kiminin yası,Qan axır, qəzəbdən odlanırdılar.Gündüz qızışsa da daş atışması,Gecə bir tonqalda qızınırdılar.İgid cavanların səxavətindən,Kabab tüstülənir maral ətindən.

Bir tayfa qonşuya qələbə çaldıMağara qarala-qarala qaldı.Vəhşətə nifrətçin göylər əyildi,Dövrəmdə bilmədim vallah nələrdir?Tayfa millət deyil, xalq da deyildir,Tayfa ayrı-ayrı qəbilələrdir.Yuxuda gördüm ki, ən baş tayfanı, —Bir anda yox etdi əsrin tufanı!

Oyandım yuxudan...Nə dəhşətdi bu?Görəsən röyadı, həqiqətdi bu?

Eşit, yalvarıram Allahım, sənə,Bir də qayıtmayaq tayfa dövrünə!Səs gəldi:Sadəlövh olma bu qədərHələ tayfa dövrü gəlməyib məgər?

23 aprel 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов