Ömrün müqəddəsdirbircə anı da!İnsanı yaxşılıqgərək tanıda,Varı-dövləti də,zər-zibanı daXırman tək sovurankülək gözləyir.

Cana atəş düşüradi bir sözdən,Ümid, inam umurgözlər də gözdən,İntizar yol alırçaydan, dənizdənSevən bir ürəyiürək gözləyir.

Neçin fələk oyaq,tale yatıbdır,Bəlkə də qiyamətgünü çatıbdır?Yağla bal içindəkimsə batıbdır,Kimsə bircə tikəçörək gözləyir.

Yerlərin ürəyiyoxsa daşmıdır?Ömrün aqibətidərd, təlaşmıdır?Arzuya, ümidəilk sirdaşmıdırKimlər ki, göylərdənkömək gözləyir?Ey İnsan!Dünyayayaxşı mehman ol!Kasıbı geyindiraca həyan ol!İstər padişah ol,istər Sultan ol,Səni də yaxasızköynək gözləyir!

10 avqust 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов