Qəlbimdə salam var ana Xəzərdən
Türkiyədəki Elazığ şəhərinin yaxınlığındakıXəzər gölünə müraciət
Yol alıb ən qədim qərinələrdənGəldim babaların doğma elinə.Qəlbimdə salam var ana Xəzərdən —Xəzərin övladı Xəzər gölünə!
Keçdi karvan-karvan ərlər, ərənlərYollarda açdılar min-min səhəri.Vətəndən — Vətənə köçüb gələnlərÖzüylə gətirdi doğma Xəzəri.
Nəsillər bu yerdəXəzərli oldu,Xəzər ağır gündətəsəlli oldu.
Burda əl-üzümü yudum bir səhər,Sular Xəzər kimi gördüm duz dadır.Göllər şirin olur, dünyada göllər,Bunun şirinliyi doğmalıqdadır.
Haçan nurlu axşam yerlərə düşür,Ayın saf nurunda alışır Xəzər.Parlaq ulduzlarda gözlər görüşür,Xəzər övladıyla danışır Xəzər:— Necəsən?— Yaxşıyam!— Yaxşı ol, bala!Yellər səndən gələn xeyir xəbərdir.— Sən sonsuz dəryasan, mən kiçik damla— Xəzər damlası da Xəzər qədərdir.
Doğmadır göy düzlər,şiş qayalar da,Dillənir gur çaylar məhrəm sözüylə.Tək Xəzri küləyi çatmırdı burdaOnu da gətirdi Xəzri özüylə.
21 may 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-qelbimde-salam-var-ana-xezerden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
VətəndaşMən vətəndaş adlanmaram, doğrusuVətənimin qeyrətini çəkməsəm.
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Hele mehebbetim düşüb derbederHele mehebbetim düşüb derbederYollara dikilən bir cüt baxışam.