Çiçəklər şaxtasızelə solub ki,Qışın dəhşətini torpaq da duyur....Meydan sulayanlar peyda olub ki,Bu gün yerə, göyə meydan oxuyur.

Hardadır cıdırdazəfər çalanlar,"Tayota", "Mersedes" sevilir burda.At çapıb meydanda nəmər alanlar,Qarabağ atını heç tanımır da.

Həqiqət, ədalətəzizdir, əziz,Gah isti, gah soyuq küləklər əsir."Azadlıq" meydanı azad, kimsəsiz,"Qələbə" meydanı qələbə gəzir.

Varlı heç kimsənisalmayır saya,O, öz dövlətilə fəqan eyləyir.Məddah da yabını çəkib ortaya:— Mən də bu meydanda varam, — söyləyir.

Yellər haram pulugöyə sovursun,Meydan oxuyanın burnu ovular.Məddahı yabısı qoy özü vursun,Meydan sulayanı batırsın sular!

23-24 dekabr 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов