Gəl, — demək istəyir, gəl, — deyə bilmir,Əllər dediyini dil deyə bilmir.N.Xəzri

O, sirli sözlər ki,gəlməyir diləElə bil söyləyir bu axşam əllər.Öz doğma istisi, hərarətiləDillənən barmaqlar,Danışan əllər.

Gözlərdən süzülürBir elə nur ki,Dinir od ürəkdən alışan əllər.Bəzən elə susur,Elə susur ki,Kobud bir ovuca sıxışan əllər.

Titrəyir şam kimiİşıq saçdıqca,Gözəlin özünə yaraşan əllər,Pərişan telləri sığalladıqcaÖzü də kədərli,Pərişan əllər.Qu tək yumşaqmıdır,Süd tək ağmıdır?Küsüşən barmaqlar, barışan əllər.Mənə öz sirrini açaçaqmıdırDanışan barmaqlar,Danışan əllər?

5 yanvar 1998

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов