Qara göz yaşları
Nə tez vida dedik biz Ələkbərə,Dörd il elə bil ki, bir anlıq şimşək,Rəssama yalvardım, qara mərmərəOğlumun şəklini təbəssümlü çək.Elə bil mərmərdə ağ çiçək açdı,Sanki işıqlandı qapqara mərmər.Təbəssümü yerə, göyə yaraşdı,Anası yanına köçənə qədər.Yollar sükunətin getdi qoynuna,Günəşin şəfəqi qıyqacı düşdü.Anası uzandı oğul yanına,Bir gör həsrətlilər, harda görüşdü.Qəbir daşlarından yer kölgələndi,Təbəssüm yox idi üzündə onun.Oğul gözlərində yaş gilələndi,Qara göz yaşıydı gözündə onun.Dünyanın belə bir sirri də varmış,Torpaq altında da insan ağlarmış.Yaşlar işıq saçır, nurlu səhərdə,Ayın şəfəqində parlayır gecə.İki qara büllur durub gözlərdə,Titrəşir, düşəcək sanki indicə.Həyatdır! Günləri aylar udurdu,Yaşlar titrək-titrək elə dururdu.Burda ürək susur, necə danışım,Ey mənim dörd yaşlım, gözləri yaşlım!Nə dərddi başıma cahanda gəldi.Yenə tüğyan edir ömrün qışları,Niyə yerin-göyün ürəyi soyuq?Anan yanındadır, sən rahat uyu,Bəlkə tezlik ilə atan da gəldi.Tök qara torpağa qara yaşları!
28 noyabr 1989
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-qara-goz-yaslari
Клавиши ← → для перехода, R — случайное стихотворение