Ay ürək
Yaralar qövr edir təzədən, ürək!Niyə könül verdin ona sən, ürək?Sevmədi o səni, sən niyə sevdin?Səni sevməyəni sən niyə sevdin?
Eşqinə mən qurban gedim, ay ürək,Dedim, neçə dəfə dedim, ay ürək.Sevməyir o səni, niyə sevirsən?Səni sevməyəni niyə sevirsən?
Sözümə baxmadın, indi yan, ürək,Yan, hey mənim kimi peşiman ürək.Sevmirdi o səni, niyə sevirdin,Səni sevməyəni niyə sevirdin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-ay-urek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Hicran yürüş etdi, qəm aldı canım,Ağlar gözüm, qanlı yaşlar tökər hey.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarCövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.