Ümman sahilində bir ümman sevda
...Parlaq ulduzlarıgözündə gördüm,Şeri, şeyriyyəti sözündə gördüm.Təzədən dilləndi, sanki dünyada— Ümman sahilində bir ümman sevda!
Elə bil, bir şimşəkçaxdı qəlbimə,İlahi duyğular axdı qəlbimə.Qayıtdı ömrümə doğma bir səda,— Ümman sahilində bir ümman sevda!
Nədir istədiyim,nədir gəzdiyim?Haqqım varmıdır ki, sevgi gözləyim?Mən onu görərəm yalnız yuxuda, —Ümman sahilində bir ümman sevda!
Sənə xoşbəxtlikdir —diləyim mənim,Səndə əmanətdir ürəyim mənim.Parlasın üfüqdə,coşsun dalğada, —Ümman sahilində bir ümman sevda!
13 sentyabr 1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-umman-sahilinde-bir-umman-sevda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Novruzi-bahar oldu, cahan tazətər olduNovruzi-bahar oldu, cahan tazətər oldu,Rəf oldu ələmlər,