Uşaq... cavan... qoca...
...Uşaqsan, sanırsan cahan sənindir,Bilmirsən dünyada dərd var, əzab var....Gəncsən, sevgi sənin, peyman sənindir,Nədir, sən duyursan hicran, intizar!
...Cavansan, dünyanın gözü səndədir,Qocaldın, öpməyə yeri, əyil sən!Cavansan gözəllər dörd dövrəndədir,Qocaldın kimsəyə lazım deyilsən!
...Yaşlaşdın, yenə də sən coşdun-daşdın,Qocaldın daha da mehriban oldun.Ahıllaşdın, qəlbən azca yaşlaşdın,Qocaldın yer oldun, asiman oldun.
Torpaq qucağındauyusan da sən,Parladın ulduz təkkəhkəşanda sən.
24 sentyabr 1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-usaq-cavan-qoca
Клавиши ← → для перехода, R — случайное стихотворение