Nahaqmış...
— Biz cahana — dedin:Nahaq gəlmədik!Belə sanıb sevinmək də nahaqmış.Günə yandı papağımız, bilmədik,Hər ucalmaq, hər enmək də nahaqmış!
Pənahına gələn şəxsədemə "yox",Həqiqətdən əli üzmək, nahaqmış!Yer üzündə haqq kimə var, kimə yox,Çıraq ilə haqqı gəzmək nahaqmış!
Ötən illər karvanını sal yada,Düşünmə ki, gedən karvan nahaqmış!İnsanı da alıb-satan dünyadaBəlkə ümid, əhd-peyman, nahaqmış?
Qətrə-qətrə uddun dərdi,qəmi sən,Gözlədiyin hörmət belə, nahaqmış!Əl açmayan bir dilənçi kimisən,Qazandığın şöhrət belə, nahaqmış!
Dönük dostu sən nə gözlə,nə ara,Qəmə batmaq ahıl çağda, nahaqmış!Mədhiyyələr çevriləndə meyaraQədirbilən axtarmaq da, nahaqmış.
Sənin şerin haqq adıyladinəcək,Söyləmə ki, yaza-yaza, nahaqmış!Kitabların başdaşına dönəcək,Ondan başqa nə vardısa, nahaqmış!20 yanvar 1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-nahaqmis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
مسلمان کافر حربی درین بتخانه می گردد
Verdiyini kəsir hərəVerdiyini kəsir hərə,Bu ondan, o bundan kəsir.
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Təklik tənhalıq deyilHeç vaxt tənhalığa təklənmək demə,Yalançı hay-küydən sovuşmaqdı bu.