Dünənmi bu olub,ya min il qabaq?Birdən alovdilli ildırım çaxdı!Şamın şöləsinə sığınan otaq,Yarı qaranlıqdı, yarı işıqdı.

Cahan dinşiyibdirsirli küləyə,Elə bil hardasa bir kaman sızlar....Şam nuru ulduz tək uçurdu göyəŞam olub enirdi yerə ulduzlar.

Dünya əbədiydi,insan əzəldi,Əsdi bahar mehi ömrün qışına.Sanki səcdəsinə Ay özü gəldi,Qondu haləsiylə şamın başına.

Yağırdı göylərdənnur şəlaləsi,Necə sehirliydi Ayın haləsi!

Zaman ümmanının dalğalarında,O nədir parlayan?Zərdir, gümüşdür.Mən birdən gördüm ki, doğmalarım daŞamın işığına dövrələnmişdir.

Baxışlar mehribanüzlər tanışdı,Elə bil, əsrlər dindi, danışdı!O kimdir, bənzəyirDağ qartalına?İz düşür hardansa bu evə kimi.

Babam tumar çəkdi ağ saqqalına,Kölgəsi divarda bir zirvə kimi!Ürəyə hərarət gəldi ürəkdən,Bayırda dünyanın zülməti vardı.Ovcuyla qoruyub əsən küləkdən,Anam qonşu evə işıq apardı.

Cahanda müqəddəsolub hər zaman,Nurundan insana nur verən insan!

Şam yanır, əriyir,şöləsi titrək,Sönmə şam!Az qalır haray qoparım!İstərəm həyatda doğmalarım təkÜrəkdən ürəyə işıq aparım!Şam söndü...Elə bil bir ömür bitdi.Qaldı varlığımda isti şöləsi.Şam söndü... Nə üçün tez sona yetdiAxşam əfsanəsi,Şam əfsanəsi?

25 yanvar 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов