Hər gün küçənizdən keçdiyim zaman,Eyvana çıxdığın yadına düşsün.Bahar axşamları tər bənövşəni,Köksünə taxdığın yadına düşsün.

Ürəyim gəlmir ki, qınayım səni,Belə tez unutmaz sevən sevəni.Axşam bulaq üstdə gözləyib məni,Yollara baxdığın yadına düşsün.

Sərin meşə yolu nura boyandı,Sən getdin, ürəyim atəşə yandı.Kəsdiyin peymanı, verdiyin andıDaşlara çaxdığın yadına düşsün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви