Şimşək işığında şam eyləyərkən
Bu il birinci dəfə bağa gəldik. Hava çoxsakit idi. Birdən tufan qopdu, qasırğabaşladı. Şam etməyə oturanda evimizinişığı da söndü.
Partlayıb bir anlıq,Odlu çay kimi,Üfüqdən-üfüqə axırdı şimşəkŞığıyıb buluddan yanar ay kimi,Gözümüz içindəçaxırdı şimşək.Büllur aynabəndə çırpdıqca külək.Süzdü şüşələrdən naxış-naxış su,Nəhəng bir nağara çubuqları təkDöydü damımızı göy gurultusu.Bir an parlaq işıq...Bir an zil qara,Böyük möcüzəydi kiçik süfrəmiz.Çörək boyanırdı mavi bir nura,Udurduq o nuru tikə-tikə biz.Torpaq cəfasını çəkirdi göylər,Axı yeri tamamçirkab götürüb.Selləri, suları tökürdü göylər.Yerin çirkabınıyumaqdan ötrü.Bu necə su idi, necə seldi ki,Ona həsrət çəkdikBiz gecə-gündüz....Mənə birdən-birə elə gəldi ki,Oturub bizimlə kimsə üzbəüz,Şimşək sönən kimi, o da sönürdü,Şimşək çaxan kimi o görünürdü.Elə şəffafdı ki, üzü, bədəni.Ağappaq saçlarıhaləsi nurdan.
İsitdi, İlahi, baxışlar məni,Qəlbə qürur axdı məhrəm qürurdan,Bir də işıq saçıbİldırım söndü.Nurani qonağımXəyala döndü.Qonağım!Nə dindi,nə də yedi o.Bizim günümüzüGördü də getdi.Elə kainatın sahibiydi o,Bizə xeyir-dua verdi də getdi.Hər an gəzdiyimin tez yetdi sonu,Hanı o nurlu üz, o nurlu şimşək!Bir də bu dünyadaGörmərəm onu,İndi o dünyaya tələsəm gərək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-simsek-isiginda-sam-eyleyerken
Клавиши ← → для перехода, R — случайное стихотворение