Bura Muğandır
Ə.Kürçaylıya ithaf
Çəmənlər yamyaşıl, dərələr gözəl,Elə bil dünyada hər yerdən əvvəl,Səhər bura gəlir əlində məşəl,Bura zülmət boğan, günəş doğandır,Bura Muğandır!
Zəhmətlə yoğrulmuş onun mayası,Min əsrin eşqidir sözü, mənası.Ağ-ağ tayalardır dağı, qayası,Sonsuz zəmiləri dərin ümmandır,Bura Muğandır!
Onun ilk arzusu, muradı Kürdür,O, bir qartaldırsa, qanadı Kürdür.Onun anası Kür, övladı Kürdür.O, həm qəzəblidir, həm mehribandır,Bura Muğandır!
Doğur qış səhəri, susur çöl-bayır,Baharın özü də burda qışlayır...Dünyanın quşları onu xoşlayır,Min eldən gələnə bir aşiyandır,Bura Muğandır!
Burda coşğun keçən hər insan ömrü,Andırır Xəzərə tökülən Kürü.Obaşdan düzlərə yayılan sürü,Elə bil dağlara qalxan dumandır,Bura Muğandır!
Yağdıqca düzlərə nur qucaq-qucaq,O gözü dumanlı ceyrana bir bax,Hansı şairisə xatırlayaraq:"Məni bir də yazın..." deyir haçandır.Bura Muğandır!
Həyat ona verib bütün rəngini,Söyüdlü çayların ilk ahəngini.Çəmənin sonsuzu, göyün əngini,Ona təbiətdən bir ərməğandır,Bura Muğandır!
Xoş olar ürəyin ümmanı varsa,Sevinci, kədəri duyanı varsa...Kimin Muğan boyda Muğanı varsa,Desin ki, səhra yox, o bir cahandır,Adı Muğandır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-bura-mugandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aldım məktubunu, bil Mahmud ağa,Layiq deyil səni tutam qınağa.
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar