Talesiz
Yerə kəhkəşan tək düşür izlərin,Ümidim əlçatmaz asimanımdırGündüz ulduzları —nurlu gözlərin,Mənim dünya boyda çıraqbanımdır.
Yağır yay günündə soyuq yağışlarElə bil payızla qohumluğu var.Durna qatarıdır — o zərif qaşlarPayızda gedərkən məni də apar.
Sinən bəzək verir tər yasəmənə,Kaman qaş qan töküb oxla sinəmdə,Nolar ki, bir dəfə deyəsən mənə,Nəbi, gəl çiçəyi, qoxla sinəmdə.
Şəfəqə boyadın yeri, göyü sən,Sənsiz sönür sanki ay, günəş, ulduz.Kiminsə dünyada sən taleyisən,Mənim ki, taleyim deyilsən, əfsus!
Özümə dost bildim dərdi, möhnəti.Söndü gözlərimdə yavaş-yavaş nur.Fəqət, dərk elədim bir həqiqətiMəncə əsil sevgi talesiz olur.
15 iyun 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-talesiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mükafat nə qızıl, nə də dəmirdir,Mükafat inamım, etiqadımdır.
Ələkbər yanında yatan Ələkbər(İndi onun otuz beş yaşı tamam olmalıydı)Yerlərdə, göylərdə sevinc duyuldu,*
Şimşək işığında şam eyləyərkənBu il birinci dəfə bağa gəldik. Hava çox*sakit idi. Birdən tufan qopdu, qasırğa*
Şairə hörmətBizdə olar şairə hörmət öləndən sonra!*Ə.Vahid*