Nar-nar
(Lənkəran mahnılarından)
Gül-çiçəyi dərərəm, nar-nar,Əlvan çələng hörərəm, nar-nar.Hər gün səni görəndə, nar-nar,Öz bəxtimi görərəm, nar-nar,
Dağlara gün düşəydi, nar-nar,Demə, neyçin düşəydi, nar-nar.Bizim evin yanından, nar-nar,Yolun hər gün düşəydi, nar-nar,
Qanadlanıb uçaydım, nar-narQəmdən uzaq qaçaydım, nar-nar.Ürəyimi bir axşam, nar-nar,Sevdiyimə açaydım, nar-nar,
Buz bulaqdan içəydik, nar-nar,Dostu yaddan seçəydik, nar-nar.Barı bizim küçədən, nar-nar,Bir gün qoşa keçəydik, nar-nar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-nar-nar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Məhəbbətİyul... isti bir axşam.Partlayır, yanır ürək...