Bu gün gözlərimə dəydi bir çiçək,Yarpağı bəzəkli, rəngi səhərtək.Onu mən uzaqdan görürkən, düzü,Qopdu dodağımdan "gözəldir" sözü.

Mən ona yanaşıb baxdığım zaman,Özüm də sözümə oldum peşiman.Demə, saxta gülmüş o zərif çiçək,Yarpağı bəzəkli, rəngi səhərtək.

Canlandı qarşımda, nurani üzlü,Əziz, mərhum babam dodağı sözlü;Elə bil söylədi yenidən bu an:"Zahirə aldanma baxıb uzaqdan".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов