"Harda daş qəlbli var, —Nadan, avam, naşı var".Nizami Gəncəvi, "Sirlər xəzinəsi"

Qədim Dərbənd torpağındaBir şaxtalı qış çağında.Gəldi nadan, görmədi ki,Yeri, göyü zülmət sarır.Yaxınlaşıb oğru kimi,O, bu anda bilərdimi?Nizamiyə əl qaldıranPeyğəmbərə əl qaldırır.Bir heykəl ki, əsrlərinQucağında tutub qərar,Bir nadanın əlləriyləMəyər onu yıxmaq olar?Hardan gəldi avam, nadan,Neçin belə durdu qəsdə?Bu an Fərhad dağı çapıbSəpələdi nadan ustəGöy elə bil parçalanır,Yer elə bil titrəyirdi.Bəhram Gurun Gur səsindənQanlı qatil titrəyirdi.Yox, abidə yıxıldımıO daha da uca qalxdı,İskəndərin qılıncındanBirdən odlu şimşək çaxdı.Yerə, göyə alov saçdı,Nadan qaçdı,Gördü gəlir arxasıncaBir çağlayan atəş çayı.Odlu çayda çırpındıqca,gəlib çatdı Xəzərə o,Öz qəlbini parçaladıöz harayı.Görən zülmət bir gecədənSağ çıxdımı səhərə o?Sağ qaldısa, gecə-gündüzalovlanıb o yanacaqYuxusundan od içində oyanacaq.Bir dəfə də o göz yumub,Görəcək ki,Cəhənnəmin odundadır,Dahilərə əl qaldıranCəzasına mütləq çatır.Bu gün ulu NizamininSəcdəsinə aləm gəlir,İnsanlığı insanlığaHaraylayangur səsinə aləm gəlir.Sabah isə dönüb sönməzGünəşə o,Yenə məğrur gələcəkdirdoğmalarla görüşə o,Tər güllərin, çiçəklərinqucağında,Ucalacaq doğma Dərbəndtorpağında.

20-21 fevral 1993

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов