Arılar bal çəkir şəkər tozundan
İnsan yalan ilə üzbəüz çıxır,İndi bal toplamaq nə qədər asan!Çiçəklər darıxır, güllər darıxır,Arılar bal çəkir şəkər tozundan.
Məyər zəhmətilə bal dadır insan?Nə üçün insanı aldadır insan?
İnsan ürəyini harama versə,Mütləq tez görəcək ömrün yasını.İnsan təbiətə qəsd eləyirsə,Təbiət alacaq öz qisasını.
Alacaq,Alacaq...necə alacaq?İnsanı bəlaya, dərdə salacaq.
Biz də arılarıq, gülsüz, çiçəksiz,Vədlər şəkərini kim bizə verdi?Bal yox, acı-acı dərd çəkirik biz,Doğma torpaq dərdi, el-oba dərdi!
Görən kim deyər ki, bal dadır həyat,Bizi yalanlarla aldadır həyat!
Dövran öz qəlbini harama versə,Solmuş görəcəkdir ömür yazını.Zəmanə insana qəsd eləyirsə,İnsan da alacaq öz qisasını.
Alacaq,Alacaq...necə alacaq?Yalanı, riyanı taxtdan salacaq!27-28 aprel 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-arilar-bal-cekir-seker-tozundan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin