Dözəcəyəm
Ləpirlərim batdı quma,İllər dolandı boynumaZəncir kimi halqa-halqa.
Qara tufan,Əsdi yaman,Arzularım ümman-ümman,Ümidlərim dalğa-dalğa.
Dünənimdən gəlir səslər,Anam deyən ulu sözlərQulağımda sırğa-sırğa.
Ağlatdı ah, aman məni,Dözəcəyəm, zaman, məni,Nehrə kimi çalxa-çalxa!
Məgər ömrüm getdi heçə?Mən ölmərəm, əgər bircəSözüm qalsa xalqa, xalqa!
22 avqust 1999
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-dozeceyem
Клавиши ← → для перехода, R — случайное стихотворение