Dünya qopmuşdu sanki
Nə oldu?Yuxudanoyandı birdən,Dünya qopmuşdumu öz məhvərindən?O baxdı, zər otaq səssiz-səmirsiz.(Yatmaqda çoxuna nümunəyik biz!Çox yatdıq, gül əkib tikanlar dərdik,Torpağı, qeyrəti güdaza verdik!)Yoxladı cibini,cibi bomboşdu"Bu qədər pullarım bəs hara uçdu?Görmədim belə dərdhaçandan bəri?"Yenə axdı onun sərxoş gözləri."Gördüyüm yuxu lap yarıda qaldı,Qoy yatım"...Yenə o, yuxuya daldı.Doldu zər otağa əcaib səslər,Yatdı, bir də dünya qopana qədər.
...Rəqs etdi kazino mələklərilə,Sonra milyon getdi oyun zərilə.Bir anda... Var-yoxuyellər apardı.Yay günü köksündə şaxtalı qardı.Ürəyi çırpınan bir quşdu, sankiDünya məhvərindən qopmuşdu, sanki.
O, bir də qalxmadı, əbədi yatdı.Şərəfsiz bir ömrün tez sonu çatdı.
Azğın həyatına dözmədi ürək!Ancaq səadətdi yuxuda ölmək?!
26 oktyabr 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-dunya-qopmusdu-sanki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məndə Məcnundan füzun aşiqliq istedadı var,*Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var!*
Mənim ürəyimKönüldə min qəmim vardır ki,*pünhan eyləmək olmaz.*
EtirafNə mülkü mal mənə çərx versə məmnunam,*Nə mülkü maldan avarə qılsa məhzunam.*
Səba yeliNə yanar kimsə mənə atəşi-dildən özgə,*Nə açar kimsə qapım badi-səbadan qeyri.*
Стихи других поэтов
Yazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.