Məndə Məcnundan füzun aşiqliq istedadı var,Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var!Füzuli

— Çeşməli dağlardan, sulu dağlardan,Keçdim məhəbbətin dağı sinəmdə.İki rəng yaradıb görüm ki, dövran,Qarası sinəmdə, ağı sinəmdə.

Eşqə ürəyimi pərvanə saydım,Getdim yana-yana dünya üzündən,Mən özüm min dəfə ağlamasaydım,Leysan yağardımı Leyli gözündən?

Dərdli yollarıma çökdü qaranlıq,Aya, ulduzlara açdım sirrimi.Əgər sevməsəydim Məcnundan artıq,Məcnunum bu qədər sevilərdimi?

Eşqin o çağlayan, coşan dənizi,Gör necə dərindir, necə dərindir!Dedim: sədaqətdir məhəbbət özü,Dedim: məhəbbət də sadiqlərindir.

Toxundu atəşlər gülə, yandı ki,Sevgini zarafat sanan olmasın!Füzuli ah çəkib belə yandı ki,Bir də onun kimi yanan olmasın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви