Görən necə dözürBuna bədənim?Günlərim ah iləAmana dönür.Bədənimin çoxuDərmandır mənimMaaşın hamısıDərmana dönür.

Həkim: — Laxtalanıb,Təmizlə qanı.Bal kimi içirəmAcı dərmanı.

İçirəm nə olsun?Ürək ağrıyır,Ayaqlar ağrıyırBöyrək ağrıyır.

Vaxt vardı çağlayanÜmmandım, çaydım.Çıxdığım dağlaraBir də çıxaydım.

Köçən tək sahildəSevimli bağa,Obaşdan qaçardımBalıq tutmağa.

İndi heç bilmirəmNədəndir bu sirr,Övladlar NabranıDaha çox sevir.

Atamız tənhadır,Qoy tənha qalsın.Ümidi tək bircəAllaha qalsın.

Nə pulu vardısaTamam soymuşuq,Ata sevgisindənDaha doymuşuq.

Nolsun, bir gün toxdurBir gün də acdırƏlacsız xəstəyəAclıq əlacdır.

Çox ölkələr gəzdimDərd çəkə-çəkə.Allahın adıylaYaşadım, bəlkə.

Həkimə inam yox,Dərmana inam.Yox ömür yoldaşım,Yox doğma anam.Halallaşıb sabahYola düşərdim.Əbədi dünyayaRahat köçərdim!

Nə suyum, çörəyim,Dərmanım olsun.Tək alın yazısıFərmanım olsun.

10 avqust 2004

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов