Kaş yer sakitləşə,Göy rəhmə gələ,Gör necə çağlayır ömür dənizi!Əvvəl tufan qopar,sonra zəlzələAllah zəlzələdən saxlasın bizi.

Ey insan!Üfüqdən çəkilsin bulud,Qoy günəş parlasın, yollara çıxsan.At şahə qalxandaCilovu bərk tut,Cilovu buraxdın, yıxılacaqsan!

Xoş kəlam ardındaHəqiqət hanı?İnsan da yalanı şərbət tək udur.Kimsə-bütünlükləAzərbaycanıDanabaş kəndinə bərabər tutur.

Rəhmətlə yad edək,Mirzə Cəlili,O, yazdı yandıqca köksündə ürək.Bu gün biz ötərkənÇətin yüz ili,Vətəni bir kəndə oxşar bilməyək.

Tanrım, bağışlama,Günah işləri,Nə qədər çəkilər sınağa ölkə?Çıxsa harınlarınTamah dişləriRahat nəfəs aldı millətim bəlkə!

Ömrüm inamımınsaflıq səsidir,Nəmişə haq sözü nadan daşlayır,Bu gün əyilənlər zəmanəsidir,Yoxsa bağıranlar əsri başlayıb?

Kaş yer sakitləşə,göy rəhmə gələ,Gör necə çağlayır cahan dənizi!Əvvəl tufan qopar,sonra zəlzələ,Allah zəlzələdən qorusun bizi!

12-19 fevral 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов