Araz sahilində cavan bir gəlin
Qonşu harayındanyer titrəyirsə,Burdan baş götürub gedim hara mən?Göylər fəryadımı eşitməyirsə,Niyə yaşayıram bundan sonra mən?
Ümidi yerlərdə,göylərdə gəzdim,Dünyanın dərdləri doldu ürəyə.Ərim şəhid oldu, mən yenə dözdüm,Oğlumu igid tək böyüdüm, — deyə.
Eşit məni, Xan Arazım,Səsi mehriban Arazım.Qəlbim kimi sularındaAxır qara qan, Arazım.
Dünən qapımızda onlar ki quldu,Bu gün bağ-bağçamı qana boyatdı.Evimə od vurdu erməni quldurKörpə oğlumu da odlara atdı.
Nə oldu bilmədim, hara qaçdım mən,Göz yaşım sel oldu soyuq meşədə.Qanlı alovlarla yer-göy yanarkən,Saçlarım ağardı bircə gecədə.
Sərhədim bir qızılüzüyə dönsə,Arazım üzüyün büllur qaşıdır.Namusu, isməti itirməkdənsə,Sənin qucağında ölmək yaxşıdır.
Mən üz tutum hara, sular?Bəyaz sular, qara sular.
Qoy atılım qucağına,Saçlarımı dara, sular!Qoy dünya eşitsin, haray qoparım,Bədbəxt taleyimdə sən varsan mənim.Ya bu gün mən səndəməzar taparam,Ya da xilaskarım olarsan mənim.
Cavan Araz, qoca Araz,Gəldim uça-uça, Araz.Eşqim kimi sən dərinsən,Qürurum tək uca, Araz.
Arazım, mən sənə açdım dərdimi,Çatdır o sahilə bu gün sağ məni.Günəş suda qızıl yelləncək kimi,Bəlkə də o taya atacaq məni.
Meşədə səhərə çıxdım birtəhər,Boğuldu köksümdə ahım, harayım....Vəhşilər görüblər...odur, gəlirlər.Al məni qoynuna, a doğma çayım,Qurbanam boyuna, a doğma çayım.
...Dil deyib ağladı titrək ağaclarÜzüb görəcəkmi o doğmaları?Səpildi sulara ağarmış saçlar,Daha da ağartdı ağ dalğaları.Örpəyi havada,quş kimi uçdu,Uçub o sahiləqondu dan üzü.Dalğalar bu taydan o taya coşdu,O taya çatdımı gəlinin özü?
3 noyabr 1993
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-araz-sahilinde-cavan-bir-gelin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Bəsdir, göz yaşardıb zarıma zar-zar,Səndən, dünyandan da böyükdür dərdim.
GünüdüQəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
III. AdəmTorpağın üst qatı – Adəm,Torpaq olub ilkin adam.