Kərbəlada
İmam Hüseyn məqbərəsi
Qızıl qapılardan astaca keçdim,Elə bil əsrlər dindi, danışdı,Görəsən mən bura haçan gəlmişdim,Axı yer də, göy də mənə tanışdı.
Qədim astanadan adlayan kimi,Üstümə çil-çıraq leysanı yağdı.Gümüş barmaqlığa sürtdüm əlimi,Qəlbimə bir doğma hərarət axdı.
Qovuşur insanlar günəş selinə,Üzlərə nur qonur, şəfəq enirdi.Müqəddəs məqbərə önündə yenə,Ürəklər saflaşır, təmizlənirdi.
Nə yüksək qübbədir güzgülü tavan,Göylərdən ucadır dinim, imanım....Bu an yumşaq bir əl tutdu qolumdan;Səs gəldi "Oyadır xəlqi əfqanım".Mən ulu sözlərin sehrinə düşdüm,Bu odur, İlahi, o doğma səsdir.Bu səsi neçə yol mən eşitmişdim,Yer kimi, göy kimi o, müqəddəsdir.
Dedim, a gözlərim, nə bəxtəvərsən,Gör kimi görürsən bu gün səhər sən,Mehriban baxışlar, nurani sifət...Doğma məhəbbətlə qoşa alışdıq.Bu bir xəyal idi, yoxsa həqiqət?Biz sükut içində belə danışdıq.
— Azəri yurdunda de, nə var oğlum?— Təcavüz, xəyanət, satqınlıq, ölüm.
— Satqınlıq? Əcəba, nələr satılır?— Bu gün kənd satılır, şəhər satılır.Duydum qəlbə düşdü onun təşvişi.Gördüm ki, üzünə çən, duman gəlib.— Axı mərd olmuşdur xalqım həmişə.Bu cürə satqınlıq bəs hardan gəlib?— Şairim, and olsun Günəşə, Aya,Bu bir həqarətdir dərd elər bizə.Elə bir dövrdə gəldik dünyaya,Satqınlıq dərsi də verdilər bizə.
"Rüşvət deyil deyə" o vaxtı səndən,Salam almadılar.Bu ki, dəhşətdir.Satqınlıq rüşvətə dönüb kökündən,Əsrimin özülü elə rüşvətdir.
Rüşvət qüvvətdir ki, tamam üzdədir,Əlindən tutacaq o qüvvət sənin:Millət vəkili də milyon üstədir,Vəzifə sənindir, şan-şöhrət sənin.
Mən də seçkilərdə səsə qoyuldum,Aldatdı insan da, şeytan da məni.Dili acı oldum, cibi boş oldum,Sağdan da vurdular, soldan da məni.
Rüşvətxor kefdədir bu gün həyatda,Pulun qanadıyla göy üzündədir.Sevgi duyğuları ayaqlar altda,Şəhvani hisslərsə göz üstündədir.
Gözəllik alınıb satılan zaman,Vəhşiyə dönməzmi dünyada insan?Əyər şairsənsə,nə düşün, nə yaz.
Şerin qiymətini verən tapılmaz."Dərd çox... həmdərd yox"Bu ömür nədir?Ev-eşik dərdidir, çörək dərdidir.Bu yandan da dava.— Dava, kiminlə?— Zülmətlər övladı kor Əhrimənlə.
Qonşu qan içəndir, qonşu alçaqdır,Bu dava iynəylə gor qazımaqdır.Leylilər can verir döyüşdə, ancaq,Gəl cəbhədən qaçan Məcnunlara bax.
Qalxdı mərd oğullar Vətənim, — deyə,Zadəgan övladı evində yatdı.Əlsiz-ayaqsızlar getdi cəbhəyə,Əlsiz-ayaqsız da geri qayıtdı.
Yenə kəsilməmiş torpaq alveri,Nə qədər qaçqın var...El dözmür daha.Ahımız tutubdur göyü və yeri,Ümid Allahadır, yalnız Allaha.Babamın üzündən qəzəb yağırdı:— Bunları eşitmək mənə ağırdır.Müqəddəs məqbərə parlayır par-par,Üstündə cahanın işıq selimi?Yanında bir kiçikməbədgah da var,Günəşlə yanaşı,Ay olan kimi.— Burda yetmiş iki şəhid uyuyur,Gedib din yolunda qurban igidlər.— Xalqım da onlara dua oxuyur,Amma minlərlədir bizim şəhidlər,Vətən fədaisi cavan igidlər.
Onunla müqəddəs yerdə görüşdüm,Qəm ürək telini çəkdi tarıma.Tanrım, nə sehirli aləmə düşdüm,Tanrım, bu sehirdən məni ayırma.
...Birdən gözlərimdə gur işıq söndu,Mən onu səsləyən sonsuz harayam.Mehriban baxışlar xəyala döndü,Ecazkar dünyada gördüm tənhayam.Qəlbimdə ah çəkdi solan arzu-kam:— Söylə, hara getdin Füzuli babam?!Hanı o vüqarım, o fəxrim, hanı?Yenə də bir haray gəzdi dünyanı:"Muradım şəmi yanmazmı?"
7 dekabr 1992
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-kerbelada
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər:
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən