Bulud qarşısında
Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!Nədir ildırımında bu gurultu, bu çaxınc?!Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.Yetər, çaxma, ey bulut!Mənə bir qədər sükut!
Həyəcan az deyildir onsuz da içərimdə,Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə,Səndən umacağım yox, dolaşıb üzərimdəYetər, çaxma, ey bulut!Mənə bir qədər sükut!
Düşün, uzun qissədir bu gəncliyin qissəsi,İstəməm gurultunu, mənim səsim mis səsi,Nə bir qüvvət qayğısı, nə bir həyat qüssəsi.Yetər, çaxma, ey bulut!Mənə bir qədər sükut!
Dolaşma başucumda bir qara qüvvət kimi,Aydın yoluma çıxma bir dərin zülmət kimi,Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi.Yetər, çaxma, ey bulut!Mənə bir qədər sükut!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-bulud-qarsisinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Arif çalışır ki, millət azad olsunРечь заводят патриоты, что свободы ждет народ.Всех в мечеть зовет святоша. Что ж, он тоже патриот!
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Babamın səhviBabam saqqalı ağ,qaşları qalın,