Otaq heyrət içindədirƏtrafında gurultu.Nəzərlərdə bir arayış,Ürəklərdə döyüntü.

Qarışmışdır bir-birinəNeçə nəfər yataqdaş.Həpsi fikir yürütmədə,Hər dimağda bir təlaş.

Biri deyir: – Məni yazma!Biri deyir: – Məni yaz.Bu lazımlı bir işdir ki,Ondan qaçmaq yaramaz!

Biri deyir: – Elə isəMən burada qalmaram.Mən öz geniş həyatımıÇərçivəyə salmaram.

– Sən danışma, yoxdur səninHeç siyasi savadın,Köhnə həyat qəfəsindəÇırpınarkən qanadın

Bizim yeni üfüqlərdəUçamazsın təbii,Ya sən bizdən artıqmısın.– Buraxsana, ay Səbi,O, girməyir, qoy girməsin.– Bu olacaq şey deyil,Girməyənlər aramızdanÇıxmalıdır, bunu bil.Bax, yoldaşlar, kommunayaKeçmiş bütün otaqlar.Bu əməldən bir bizimkiGeri qalmış bir qədər.

Gəlirindən hər tələbəBir payını verməli,Tezlik ilə qurduğumuzKommunaya girməli.

Girməyənlər yerli-dibliKöçməlidir buradan.– Necə yəni köçməlidir,Bu da sözmü? – Aradan

Rüstəm haman bir davamsızÇocuq kimi bağırdı, –– Mən girmirəm sözün nədir?Deyə bərkdən çığırdı.

– Sən deməli kommunanınZiddinəsən, eləmi?Biz bu yeni yaşayışaÇağırırkən aləmi,Sən meşşanlıq girdabındaÇalmadasın əl-ayaq.

Bir başqası uzandığıYatağından qalxaraq:– Doğrusu mən kommunayaDanışıqsız girərdim.Bəlkə onun mənə düşənişini də görərdim,Lakin onun bişmişiniYeyə bilməm doğrusu.

Özü bilər.– Səndən gəlirMədaraçı qorxusu.– Necə yəni özu bilər?Biz güzəştə getmərik.Aramızda olmamalıBizim ayrı-seçkilik.Bu gün bizim qarşımızdaSarsılmayan bir yol var.Gah oyana, gah bu yanaƏyilmədən nə çıxar?!

Bir tələbə uzaqdan buHəngaməyi süzmədə,Nəzərləri dalğın-dalğınBağdadı da gəzmədə.O böylədir, kəndisiniHeç bir işə vuramaz.Guşənişin bir adamdır,Xeyrə, şərə yaramaz.

Onu görən sanar yazıqDüşmüş dildən, ayaqdan,iki kəlmə söz sorsanızDurub qaçar yataqdan.

– Yaxşı, Cəbi, yavaş danış,Kifirləşir Ələsgər.Toxununca kulaqlaraBu ad, haman güldülər.

– Ey Ələsgər, bitərəflikVaxtı deyil.– Nə var ki?Teymur qaqqıldayıb güldü,– Ah, bu Teymur qoyar ki...– Bəli, bir padşah bir gün darılmış,Qəlbinə amansız qəmlər sarılmış,Əl çalmış, vəziri gəlmiş hüzurə,Üzünü tutaraq demiş vəzirə:– Bir dastançı gətir.Əməl olunmuş,Ansızın bir nəfər hazır bulunmuş.Zal oğlu Rüstəmin hekayətindən,Onun mərdliyindən, fərasətindən,Vurub yıxmasını, şücaətini,Basıb kəsməsini, məharətiniBir-bir tərif edib bitirən zamanPadşah başını qaldırıb hamanSormuş ki: – Heyvandı o yoxsa insan.Vay sənin halına müəllim olsan.Biz burda məsələ həll etməkdəyizKənardan nə var ki?.. Sorursunuz siz,Siz yarın müəllim olsanız əgərMəndən akademik olar. – ƏləsgərDinləyib Cəbini, boynunu bükdü,Üzünə bir sarı qızıllıq çökdü.– Nə var ki, yaz məni.– Iş onda deyil,Sən özün iştirak etməlisən, bil,Bizim quruluşda, bizim gedişdə.– Yenə fəlsəfəyə başladın iştə,Boş yerə sıxılıb özünü yorma.– Yaz məni.– Məni də.– Yaz məni durma...Deyə bütünlüklə yazıldı həpsi.Bunların içində fəqət birisiBaxıb durmadaydı səssiz kənardan,Ayrılmaq istərdi bu dalğalardan.Almışdı gözləri bir dərin baxış,Içində yatağan, dilində qarğış.Üzünü turşutdu, qaşını çatdı,“Eh!..” deyib yerində yıxıldı, yatdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов