Nə qədər dünyalarÇıxır qarşıma,Uca cahanıyamCahanların mən.Yer kürəsi dönürMənim başıma,Başına dönürəmİnsanların mən.

Dünya şəbnəminiErkən silirəm,Mənim məskənimdirƏn uca qatda.Deyirlər dağlarıAşıb gəlirəmYox, aşan dağlardırŞəfəqim altda.

Sevirəm səsiniGülüşənlərin,Mən öz qüdrətimiYerdən alıram.Yayın istisindəGörüşənlərinÜstünə buluddanKölgə salıram.

Gündüz işıq olur,Gecəsə qara,İnsan arzularıAncaq nurludur.Bəhər mən verirəmƏgər bağlara,Əkib becərənsəİnsan oğludur.

Haqqı, ədalətiYaxşı mənəmsə,Hərcayi hisslərəUyma, amandır!Səmanın GünəşiƏgər mənəmsə,Yerinsə GünəşiAncaq insandır.

22 iyun 2004

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов