Qadınsız ev
Çiyinlərdə yerin-göyün qəmidir,Ah çəkirsən asimana yetişir.Qadınsız ev —tufandakı gəmidir,O nə batır, nə limana yetişir.
Ağır dərdlər faciənin gücüdür,Nə sevinib, nə də gülə bilirsən.Qadınsız ev —xəstəxana küncüdür,Nə dirilir, nə də ölə bilirsən.
Fəlakətdə neçə-neçə sirr yatır,Səni yıxır, polad kimi o sınmır.Qadınsız ev —günəşsiz bir dünyadır,Nə od yansa, qızınmır ki, qızınmır.
Sən bir quşsan, ruhun sınmış qanaddır,Heç baxma ki, külək sərin, meh ilıq...Qadınsız ev —ulduzsuz kainatdır,Həmdəmindir sükut ilə qaranlıq.
Ey kişilər!Sevginizi əzizləyin cahanda,Qadınlığın sədaqətdir ilk adı.Vay o gündən —ömrün axır anında,Gözünüzü qapayan da olmadı!
7-10 oktyabr 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-qadinsiz-ev
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Adsız bulaqlarMən bulaqlar tanıyıram suyu buz kimi,Axıb gedir nəhayətsiz arzumuz kimi.
Ana yaşıDaha gəlməyəcək anamın səsi,Mənə də taleyin yumruğu dəydi.
Tarixگوهری حمدی که باشد از جواهر آبدارنشر باشد بر فضای در که پرورد کار