Mən bulaqlar tanıyıram suyu buz kimi,Axıb gedir nəhayətsiz arzumuz kimi.Mən bulaqlar tanıyıram daşlardan süzür,Göy otlara mirvarilər, incilər düzür.

Bulaq var ki, bir mahalın şan-şöhrətidir,Əfsanəsi, hekayəti dillərdə dastan.Azərbaycan torpağının şe’riyyətidir,Neçə şair, neçə aşıq söz açıb ondan.

Qalın-qalın meşələrin dərinliyində,

Xəzəl altda dustaq olan bulaqlar da var,Sıldırımlı quzeylərin sərinliyində,Tənhalıqdan doluxsunan bulaqlar da var.

Onlar insan dodağına həsrətlə axır,Eşitməyir nə tar səsi, nə kaman səsi.Göz yaşları qayalarda bir iz buraxır,Yüz illərlə teşnələrin olur teşnəsi.

Nə adı var, nə sanı var, nə də ünvanı,Kənarından bir cığır da düşməmiş hələ.Bircə qurtum, bircə ovuc yoxdur dadanı,Qışda qara qarışırlar, baharda selə.

Şan-şöhrətli bulaqlarla dursa yanaşı,Sərinlikdə, şirinlikdə kölgədə qoyar.Şəfa verər min xəstəyə, əridər daşı,Tanınmayan, bilinməyən adsız bulaqlar.

Əyər onlar üzə çıxsa qiyamət olar!Təzə-təzə guşələrlə görüşərik biz.Hər bulaqda ürək açan şe’riyyət olar,

Cilvələnər qarşımızda təbiətimiz.Öz adını özü deyər adsız bulaqlar,Öpər bizi, oxşar bizi, əzizlər bizi.İftixarla gələcəyə saxlar yadigarBulaqlara gedən yollar ilk izimizi.

Surətimiz aynasında qalar əbədi,Gülüşümüz axarında səslənər müdam.Eşqimizlə bir musiqi çalar əbədi,– Gözləyirik, gəlin - deyər hər səhər-axşam.

Qarış-qarış müqəddəsdir vətən torpağı,Daşını da lə’l-cəvahir qiymətli edək.Bu günədək gözdən uzaq neçə bulağı,Adlı edək, sanlı edək, şöhrətli edək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов