Qardaşım, dostları düşməndən ayır,Ümiddən inama təməl qoyulur.Dünyada Vətənsizinsan olmayır,Yalnız qeyrətsizlər Vətənsiz olur.

Vətən! Ömrümüzdən o ayrı deyil!Arxa ol, xoş gündə, bəlalı gündə!Sən yalnız dünyadaSəcdəyə əyil,Bayraq qarşısında, ana önündə.

Vətən məhəbbətiGöylərlə təndir,Bayraq da, ana daÇünki Vətəndir.Sərin meşələrdən biz keçiriksəNahaq saf bulaqdan içmirik ki, biz.Əyər ki, bayrağıBiz seçiriksə,Anayla Vətəni seçmirik ki, biz.

Qəzəb qılıncını çıxaraq qından,İnsanda bu qədər dözüm olarmı?Vətən can çəkirsə,tapdaq altındaBizim yaşamağa haqqımız varmı?

Üz tutur xaricə zəka axını,O yerdə var-dövlət taparam, — deyə.Unudub VətəninAğır çağınıKaş yollar getməsin vətənsizliyə.

İnsan — Vətənsiz,Başdır — bədənsiz.Biz nələr görmədik tanrı, amandır,Vətənə yadlaşan insanlar oldu.Vətən nə alınannə satılandır,Hərraca qoyulan vicdanlar oldu.

Sabaha inanır qəhrəman insan,O, millət dərdini daşıyacaqdır.Vətənçin ölməyibacaran insanVətən ömrü qədər yaşayacaqdır!

1-2 fevral 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине