Köçdü qəzəlxan
Köçdü bu dünyadan sevimli Vahid,O, qəzəl mülkünün son hakimiydi.Sevdalı ürəklər sözümə şahid,Gözəl misraları sədəf kimiydi.
Gəzdi dodaqlarda şərəflə adı,Ellər əzizlədi qəzəllərini.Böyük Füzulinin nadir övladıVəsf etdi yurdumun gözəllərini.
İçdi vüqar ilə bir xeyli müddətİlhamın ətirli bal şərbətini,Elədi sənətə namusla xidmət,Yazdı aşiqlərin məhəbbətini.
Şöhrəti Xəzərin sahillərindənGəzdi ölkələri, ellərə çatdı.Bunu aləm bilir, deməsəm də mən,Nadir inci kimi qəzəl yaratdı.
Vurdu istedadı ölümə zərbə,Soruşan olsa ki ondan, nə qaldı? –Deyərəm dəyməyib könlümə zərbə,Ondan söz mülkündə dəfinə qaldı.
Sevdalı ürəklər sözümə şahid,Safdı misraları, sədəf kimiydi.Köçdü bu dünyadan Əliağa Vahid,O qəzəl mülkünün son hakimiydi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-kocdu-qezelxan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təzə bina tikdirib Təbrizdə ərbab yenə...Bu ev tənələr vurur şəhərin evlərinə.
BarışmayırsanTəbriz...Hava qaralır,
CavabNə üçün bilməyirəm məndən üz döndərmisən?Unutsunmu deyirsən könlüm keçən günləri?!
Pol Robsona məktubMən görməmişdim səni uşaqlıq zamanındaAğların pəncəsində ömrün dara düşəndə.