Zaman ümmanındaBir ömür üzdük,Məgər poladdandır əsəblərimiz?Atanı, ananı itirdik, dözdük,Torpağı itirdik necə dözək biz?Yadlar əkib-biçən torpaq yetimdirElatı gəlməyən yaylaq yetimdir.Baxırıq sabaha yenə ümidlə,İntiqam adlanan zaman gələcək.Gələcək torpağın sahibi mütləq,Dağlar haray çəkir haçan gələcək?Bulanıq axdıqca gur sellər, sular,Uçar o kimsəsiz ev ki, yetimdir.Yetimdir bəlalı hisslər, duyğular,Qədri bilinmyən sevgi yetimdir.İnamsız yer ilə göy dağılardı,Dəniz də coşmazdı çay olmasaydı.Günəş də göylərdə yetim qalardı,Əgər ulduzlarla Ay olmasaydı.Yerdə əl çatmayan, haray yetməyən,Gülünü qış vurmuş bahar yetimdir.Kimsə hüzuruna gəlib getməyən,Dövrəsi ot basmış məzar yetimdir.Çiçəklər sazaqdan elə solur ki,Deyirsən dünyanın yetişib sonu.Şair də o zaman yetim olur ki,Nə zaman ilhamı tərk edir onu.Qoy axsın qanıma dəniz də, çay da,Qoy ilham qapıma gəlməsin qonaq.Əgər yetim qalsa Günəş də, Ay da,Təki biz torpaqsız yetim qalmayaq.17 aprel 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе