Qarlı bir zirvə olsan,Ağ buludun olaram.Dərin xəyala dalsan,Mən sükutun olaram.

Çəmən olsan əgər sən,Sərin yağış çilərəm.Əgər dənizə dönsən,Sahilə çevrilərəm.

Qovmuşam dərdi, qəmi,Xoşbəxtin ilki mənəm.Səslənsən nəğmə kimi,Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,Səni özüm sanaram.Səhər kimi oyansan,Günəş kimi yanaram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе