Nəyim varsa — mənimlədir
Hicran məndə, görüş məndə,Kədər dolu gülüş məndə.Tanrı sərvət bölüşəndə,Mənə düşən dərdim-qəmim,mənimlədir!
Dünya uca, dərdi dərin,Qardaşıyam dərdlilərin.Övladıyam göyün-yerin.Nisgili sonsuz aləmim,mənimlədir!
Yelkən açdım ümmanlarda,Üzdüm coşan tufanlarda.Lövbər atdım limanlarda,Sınıb gələn arzu gəmim,mənimlədir!
Mən qatdıqca ili-ilə,Nəyim vardı, getdi yelə.Şükürlər ki, mənim hələ,Bir ürəyim, bir qələmim,mənimlədir!
28 sentyabr 1990
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-neyim-varsa-menimledir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Ay gülüm, nanayBakıda çox gözüqannıA gülüm, nanay nay nanay.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli