Əsdikcə bağçamdaSərin bir külək,Qızılgül parlayar,Kollarda tək-tək.Uca ağaclarımSəcdə edəcəkSən gələn zaman.

Bir boy uzanacaqHeyva ağacı.Ağ-yaşıl yarpaqdırBaşının tacı.Yollara baxmaqdırOnun əlacıSən gələn zaman.

Meynələr qol atıbTorpaqlar üstdənQuşlar haray salıbOrda həvəsdən.Qorxma civiltiliHay-küylü səsdənSən gələn zaman.

Nurlu — günəbaxan —Bağçaya bəzək.Əncir ağacı daKüləkdən kömək.Əncir hələ kaldır —Bəlkə dəyəcək,Sən gələn zaman.

Narın da qızıldanUlduzları var.

Əfsus, seyrək-seyrəkBu il barı var.Qopar qəlbim kimi,Dəymiş narı varSən gələn zaman.

Salamla baş əyənGünəbaxan görərsən,Günəşdən üz döndəribSənə baxan görərsən.Arxaya çevrilsən dəSənə baxanGünəbaxan görərsən,Sən gələn zaman.

25 iyul 2004

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов