Dedim ki, ilahi, bəxti-bədkar,Görim ki, həmişə ola bidar.

Qurtulmadı can bu dərdü ğəmdən,Ta necə bolam şikəstə bimar?

Ta key qılasan gədani məhrum,Gəlmə dəxi yanimə, yeri var.

Həq qatda şikayət edəsimən,Cövründən, əya nügunü bədkar.

Dil pür ğəmü can işində rəncur,Göz qan ilə dolu, canım əfkar.

Dövründə sənin bu xəstə halınGəh zaridir işi, gah bizar.

Ey tazə güli-bəhari-xubi,Ta key qılasan cigərni pür xar?

Ta necə Xətayi dərdməndin,Rövşən gününi sən edəsən tar?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов