Ol gülşəni soruban yeridim,Yarəb, nə ola işim der idim.Hər dəm yürəgim qılırdı tıp-tıp,Canım zi həvəs edirdi gup-gup.Özümni yetirdim anda naçar,Ol bağə ki, bəzm edirdi dildar.Bir şəkl göründü, bir şəmail,

Huşum bilə əqlim oldu zail.Gün kimi cəmalı tab salmış,Zülfi yüzinə niqab salmış.Yüz hurü pəri, hezar qılmanQulluqda durur mütii-fərman.Sərv anın içün əyağə durmuş,Xublar qamu solü sağə durmuş.Gül yüzi qızarmış infialdan,Bənövşə yerə baxır məlaldan.Nərgislər önündə cam dutmuş,Bülbüllər oxur, nizam dutmuş.Əflak yüzündə kaxü eyvan,Bir təxti-səradə bürci-Keyvan.Gül yastanuban nigar oturmuş.Qanlardan əli nigar oturmuş.Əz bərgi-səmən sərirü təxti,Gül kimi güşadə ruyi-bəxti.Məhlər qamusu əyağə durmuş,Kim solavü kimi sağə durmuş.Çakərlər içində şah nisbət,Kövkəblər içində mah nisbət.Şəhlər qamusu yanında nökər,Yusif yüzinə ğulami-kəmtər.Iskəndər ana bir ayinədir,Darab qatında bəndə kirdar.Cəmşid anın piyalə giri,Cəm bəzmi-şərabının əsiri.Yüz qeysər ona ğulami-Rumi,Rüxsarı günəşmi, yoxsa rumi?Əngüştəridar ana Süleyman,Insanü pəri sözinə fərman.Bir zərrə yüzi qatında xurşid,Bir ləm’ə cəmal qatında Nahid.Peyvəstə qılur itabü nazi,Dəstində inani-sərfərazi.Durdu, yeridi çəməndə rə’na,Başından ayaba candır ə’za.

Gül ğönçəsi tək niqab yüzündə,Məh kimi hezar tab yüzündə,Heç kimsə anın yanına varmaz,Heç mərdüm anın yüzini görməz.Doğru baxanın alırdı canın,Gözü görənin tökürdü qanın.Çün gördüm anı bu səltənətdə,Eyvani-kəmali-mənzələtdə.Vəhşət ətəginidutdu könlüm,Öz halətini unutdu könlüm.Dedim ki, diriğ, neyləyim ah.Mən zərrə ilən nə nisbət ol mah.Ol gögdə yerir, bəndə bər xak,Bu xak necük yetər bər əflak?Mən bir qulam, ol bir ulu sultan,Sultan ilə qul məqami xandan?Bu gücləri mana eşq qıldı,Bu vərtəyə canı eşq saldı.Fəryad ilə ah eşq əlindən,Ömr oldu təbah eşq əlindən.Eşqi anuban şikayət etdim,Ğəm şərhini binəhayət etdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви