Dər sefəte-atəşe-eşq (Eşq atəşinin səciyyəsi haqqında)
Eşq odu yamandır, ey xirədmənd,Bu bəndə dolaşma, gəl eşit pənd.Eşq uğraşur olsa kuhi-Qafə,Ənqa qıla Qafə irtihafə.Gər eşqi götürsə nöh fələklər,Çərx üzrə fələk yana, mələklər.Gər eşqin odu düşər zəminə,Suzi yetə ərzi-həftüminə.Bir zərrəcə eşq canə düşsə,Ya rəglər içində qanə düşsə,Bir dəm tən içində durmaya can,Həm rəglər içində xüşk ola qan.
Gər atəşi-eşq başə düşsə,Bir zərrəcə suzi daşə düşsəQatlanmaya ana, çatlaya daş,Meydani-həvadə oynaya baş.Gər atəşi-eşq dilə düşsə,Bir qətrəcə bəhri-Nilə düşsə,Bir ləhzədə oda yana dillər,Hirqətdə quruya bəhri-Nillər.Gər eşqin odu düşərsə bəhrə,Səbr etməyə bəhr uş bu qəhrə.Ol oddur odu çıxardı daşdan,Əqli gəlicək apardı başdan.Ol oddur o kim, Xəlili NəmrudBa Məncəniq atdı anə çün dud.Eylərdi ol od Xəlili Möhrəq,Yanar günüdə deməsə “ya həq”.Uğraşdı ol od beqəlbi-MəcnunFərhadı ğəm ilə qıldı məhzun.Vətfindən anun yetərdi neylər,Fərhadə son ucu gör ki, neylər?Oldur ki, ana sataşdı həllac,Mahmud misali sahibi-tac.Bir darə birini mənzər etdi,Bir qula birini çakər etdi.Oldur ki, ana yıxıldı Yə’qub,Həm çəkdi anın bəlasin Əyyub.Ağlatdı birini, kur qıldı,Birin bəlaya səbur qıldı.Bir oda sataşdı Şeyx Sən’an,Həm cani-Züleyxa Misrə sultan,Ol birini kafir etdi, bidin,Ol biri şəh ikən oldu miskin.Bu eşq ilə kim, əsir boldum,Dər vəqti-cəvani pir boldum.Qalmadı dəxi tənimdə taqət,Qəsd etdi mana hücumi-firqət.Eşq oduna bir rəvayət etdim,Adın dutuban şikayət etdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-dehname-der-sefete-atese-esq-esq-atesinin-seciyyesi-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşqin ey dilbər, könül təxtində şah olmuş durur,Surətin can mülkinə xurşidü mah olmuş durur.
Eşqiniz cana, bu könlüm təxtinə sultan dururEşqiniz cana, bu könlüm təxtinə sultan durur,Bu vücudum mülkinə xeyli xəyalın can durur.
Ey bəndə, gər cəhanda pənahın ilah olaEy bəndə, gər cəhanda pənahın ilah ola,Kəmtər qulun məqamı sənin padişah ola.
Ey cəmalın gülsitani baği-minudur manaEy cəmalın gülsitani baği-minudur mana,Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana.