Eşqin ey dilbər, könül təxtində şah olmuş durur,Surətin can mülkinə xurşidü mah olmuş durur.

Eşqini könlümdə mən dəxi neçün pünhan edim,Ruyi-zərdim, əşgi-sürxim çün güvah olmuş durur.

Müddəilərdən dəxi cana nə fikrim var mənim,Bəndəyə çün sən kimi sultan pənah olmuş durur.

Bağçada hüsnün gülünü bülbüli-şeyda görüb,Axdı yaşı danə-danə bənzi kah olmuş durub.

Hüsnini hər kim ki, gördü valehü heyran olub,İşi onun dünyada fəryadü ah olmuş durur.

Çün cəmalın gördü düşmən, qılmadın anə nigah,Müddəilərnin məqami bəndü çah olmuş durur.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai yüzüni ta gördü ey, xubi-Xötən,Ol Xətavü Hind elində padşah olmuş durur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви