Ey bəndə, gər cəhanda pənahın ilah ola,Kəmtər qulun məqamı sənin padişah ola.

Aşiq odur ki, dəvi edərsə bu sözünə,Qanlı yaşilə çöhreyi-zərdi güvah ola.

Mehrabi var o zahidin, amma ki, aşiqə,Məşuqinin əyaği izi, qibləgah ola.

Bədxahım ola cümlə-cahan çəkməzəm məlal,Çün ol sənəm mənimlən əgər nikxah ola.

Макта — последний бейт с тахаллусом поэта. Başdan-ayağa bəndə Xətai xətalidir,Zahid, xaçan ki, xubları sevmək günah ola?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви