Dilbər çü oxudu bu sənanı,Dağıtdı kəməndi-dilfəşanı.Ol peyk Səbanı qıldı azad,Şirinə yürütdü mehri Fərhad.Çox verdi ana nəsihətü pənd,Aydır ki, əya şikəstə dər bənd,Laf edər idin zi danişü kar,Bala ilə zirdənəm xəbərdar.Isa nəfəsilə həmdəməm mən,Hər türreyi-yarə məhrəməm mən.Afaqi-cahanda uraram laf,Olur səfərim zi Qaf ta Qaf.Bəs nişə zi bəhri-aşiqi-novBənd olasan, ey həmiqi-kəcrov.Xaçan ələ girə nuş biniş?Mərhəm qılunur həmişə bər riş.Bilməz çü vəfayi kim cəfalər,Bilür çü cəfa görən vəfalər.Həm qədri-behişti ol bilür kim,Kim yanmış ola o dər cəhənnəm.Kim çəkməsə rahi-Kə’bəni həm,Rahət nə bilür zi abi-zəmzəm?Kim çəkməsə zəhməti-müğilan,Hənnanə yetər, nə xud be Mənnan.Çünki dura-dura xeyr olur şər,Səbr eyləmək ilə nəf’ olur zər.Gər çəkməsə mur qəhri-divan,Yetməzdi be dərgəhi-Süleyman.Əyyub çü dərdə sabir oldu,Gör, şə’ninə “nə’m” sadir oldu.Səbr eyləməsəydi piri-Kən’an,Yusif yüzüni görərdi xandan?

Qıldı çü Züleyxa səbri-muxtar,Verdi Əziz ana Misri ba yar.Səbr ilən olur zi ğurə mey dəx,Səbr ilən yetər muradə şey dəx.Tut yaprağı səbr ilən olur ğəz,Səbr ilən olur şərab əz rəz.Səbr ilən açıldı ğönçeyi-təng,Həm səbr ilən oldu lə’l əz səng.Həm səbr ilə dutdu çini zəngi,Səbr ilən alur çətük pələngi.Səbr ilə kişi məramə yetdi,Həm səbr ilə təşnə camə yetdi.Məcnun be səbr buldu Leyla,Səbr ilə çıxar zi sər bu sevda.Səbr ilə dutar cahan nizamı,Səbr ilə yetər könül məramı.Səbr ilə tapar cahan vüqarı,Qul səbr ilə buldu kirdigarı.Səbr ilə zəmin verür nəbatat,Səbr ilə yetər gögə münacat.Səbri yox olana çox xərəcdir.Çün səbr fütuhi-hər fərəcdir.Əksükligini budur yəqin bil,Bəs qılma işində dəxi tə’cil.Məndən yeri vargil ol fəqirə,Ol higrim əlidə dil əsirə.Çox etdi əgərçi ol şikayət,Çəkdi vəli cövri-binəhayət.Ğəm yükünə qıldı fil təki zur,Oldu ğəm ilən vücudu cün mur.Içdi yüküş ol fəraq zəhrin,Andan götürüm bu zəhr qəhrin.Zəxm etdi ana sinani-ğəmzəm,Lə’limdən edim o zəxmə mərhəm.Tükəndi qərarü səbrü huşi,Rahət meyi ola şimdi nuşi.Tökdü qanını bu ğəmzeyi-tiz,

Verim diyət əz ləbi-şəkər riz.Verdim ana cövr ilən məmatı,Bir bus ilə bəxş edim həyatı.Boynuna qılım qolum həmayil,Heyrət bilə ola əqli zayil.Vəslimə qılım bu gecə vasilKim, ola muradı cümlə hasil.Bu şe’ri degil o xəstə halə,Bilsün ki, qəbul olur vüsalə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви