Bu sözü çü Namə guş qıldı,Sərtasər özüni puş qıldı.Çox oldu məlul, piçə düşdü,Kim, lafi bu yolda hiçə düşdü.Der: – Necə varım mən ol fəqirə?Biçarəyə, dərd ilən əsirə.Mindi yenə huş atını Namə,Yüz ğəm ki, irişmədim məramə.Mən anda şikəstə, zarü giryan,Yola baxuban cigər çü büryan.Müştaq rəsulə gecə bixab,Tökürdü rəfiq didədən ab.Nagah göründü, Namə gəldi,Dedim ki, işim nizamə gəldi.Verdi gəlübən mana səlami,Sordum: – Necədir yarın kəlami?Dil bəstəvü xəstə görünürsən,Ğəmginü şikəstə görünürsən,Der: – Sorma, əya zəlilü məhrum,Verməz sana yari taleyi-şum.Olmadı sözüm qəbul yarə,Qəsd etdi qıla tənimni parə.Ünvanimə hörmət etdi bari,Həqq adına qıldı e’tibari.Andan səni andı, qıldı bidad,Mən qılamazam o sözləri yad.Çün yenə bu sözü eylədim guş,San ağu şərabin eylədim nuş.

Axdı yenə qanlı yaş gözümdən,Getdim bixud oluban özümdən.Dildən yenə atəş etdi cuşi,Həm dərdi-dərun edib xüruşi,Bəxtim əlidən şikayət etdim,Ucundan anın çü canə yetdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов