Gözəl
Qəza gəldi, xəta tutdu,Kim qaçar ondan, gözəl?Durmuşam qulluğunda,Buyur fərmandan, gözəl.Boyun görüb heyran olub,Düşdüm eşqin oduna,Dərdimə dərman istərəmSəntək loğmandan, gözəl.
İnsan gərək ürək sözünAşkar etsin dilində.Canan deyib, can qoymuşamBir gözəlin yolunda.Eşitmişəm sorağınıCanbağçanın elində.Mən səni deyib gəlmişəm,Azərbaycandan, gözəl.
Qəvvas olan ləl axtararDəryalarda, dərində.Sən kimi gözəl sevəninEşq olmazmı sərində?Miskinli Aşıq Vəliyəm,Durdum vədə yerində.Kəklik də can qurtararmıBir şux tərlandan, gözəl?
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-gozel-3
Клавиши ← → для перехода, R — случайное стихотворение