Zəhmətini qəbul etsən,Bağda qızılgülün olar.Pislə yaxşı yola getsən,Danışmağa dilin olar.

Hər toxumdan götürəndə,Əkib, səpib, bitirəndə,Bağ salıb su gətirəndə,Yaşılbaşlı gölün olar.

Vaxtsız ölən yaşa dolmaz,Gələn gedər, gedən qalmaz,Gədə oğlu kişi olmaz,Kişi qızı gəlin olar.

Ağlın varsa, sən də varsan,Özünə bir iş taparsan,Zəhmət çəkər qazanarsan,Qızıl kəsən əlin olar.

Vəlini salma dərinə,Diqqət yetir sözlərinə,Yarasan xeyir, şərinə,Ellər sənin elin olar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов