Yenə gəldi bahar fəsli,Dil açırsan can, ey bülbül.Oxuyursan eşq həvəsli,Öz gülünü an, ay bülbül.

Yola saldın zimistanı,

Fəğan edib üzmə canı,

Azad günü, xoş dövranı,Yaz ömrünə sən, ay bülbül.

Yetişmisən xoş murada,Bir məni də gətir yada,Pərvanə tək düşdüm oda,Qaldım yana-yana, bülbül.

Kədərlənmə sözlərimdən,Od alarsan gözlərimdən,Yaş yerinə gözlərimdən,Axıdıram qan, ay bülbül.

Aşıq Vəli gözəl çağda,Piltə kimi yanar yağda,Sənin gülün var bu bağda,Mənim yarım han ay bülbül?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе