Ey gözəllər sərfərazı,Mahi münəvvər gözəl.Əsli, zatı, nuru-pakı,Dillərdə əzbər gözəl.Məlahətli, mənalıdı,Sədaqətin, ziynətin.Ustadın var, öz adın var,Təmiz, mötəbər gözəl.

Kamil bağın bağbanısan,Şən bülbüllər səndədi.Lalə, nərgiz, tər bənövşə,Qönçə güllər səndədi.Yer üzünün ədaləti,Kərəm əllər səndədi.

Doğrudan da həqiqətin,Aləmi bəzər, gözəl.

Miskinli Aşıq Vəliyəm,Harda düşdüm dara mən.Söz isbata keçməyəndə,Oldum bəxti qara mən.Düşdüm ayaq torpağına,Yalvara-yalvara mən.Qulunam, keç günahımdan,Aç üzümə dər, gözəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе