Qansız, qatil, yaramazlar,İşə qəddar dünyada.Əzəl gündən pis götürüb,Peşə qəddar dünyada.Sıxır, əzir insanları,Alar varın, vardatın.Ac qurd kimi tez döşənir,Leşə qəddar dünyada.

İnsan sevən hər havanı,Kamil olan düz çalar.Mənəm deyən, özün öyən,Dara düşər tək qalar.Yalançılar, talançılar,Soyğunçular, lovğalar,İnsan əti çəkib yeyir,Şişə qəddar dünyada.

Əziz Vətən keşiyində,Möhkəm dayan sən Vəli.Qoyma ana torpağına,Ayaq basa ölməli,Ev yıxanın, qan tökənin,Tez kəsilə əngəli,Ziyançılar dəst quyuya,Düşə qəddar dünyada.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов